İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya mediasından Ərdoğanla bağlı sensasion iddialar

1173 24.06.2026 14:33 Son xəbər A A

“Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) qarşıdan gələn prezident seçkilərində namizədinin hazırkı prezident Rəcəb Tayyib Ərdoğan olacağını açıqlaqlayıb. Bu barədə partiyanın rəsmi sözçüsü Ömər Çelik məlumat verib.

Musavat.com xəbər verir ki, Rusiyanın “Svobodnaya Pressa” nəşri bu barədə geniş məqalə dərc edib.

Nəşr “maraqlıdır, prezident seçkilərində Ərdoğandan başqa namizədlər varmı, onun səhhəti buna imkan verəcəkmi və müxalifət birləşib seçkilərdə qalib gələ biləcək güclü namizəd irəli sürə biləcəkmi” sualları ətrafında geniş təhlil aparılıb.


Hakan Fidan'dan 'Erdoğan' övgüleri: 'Kendisini kaç defa uyandırdığımı hatırlamıyorum'

Zaltsburq Universitetinin siyasi elmlər doktoru, Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Kamran Həsənov AKP-nin xarici işlər naziri Hakan Fidanın namizədliyində tərəddüdlərindən danışıb. Ekspertə görə, Fidan hələ Ərdoğanın yerini tutmağa hazır kimi görünmür: “Yeri gəlmişkən, Ərdoğanın qalib gələcəyi təqdirdə bir il ərzində istefa verib yerinə Fidanı namizəd göstərə biləcəyi ehtimalını da istisna etmirəm. Lakin bunun üçün hələ qarşıdakı seçkidə qələbəni təmin etmək lazımdır. Qalib gəlməzdən əvvəl o, erkən seçkilərdə namizədliyini irəli sürə biləcəyinə əmin olmalıdır. Və bunu üçün o, digər partiyalarla, ya Kürd Demokrat Partiyası, ya da Xalq Respublika Partiyası ilə razılığa gəlməlidir. Kürdlər, görünür, yalnız Ərdoğanın xatirinə erkən seçkilərə razı olmayacaqlarını açıq şəkildə bildiriblər”.

“Bəs Ərdoğanın qalib gəlməsinə nə kömək edə bilər? O, son seçkilərdə buna çətinliklə buna nail oldu” sualına ekspert belə cavab verib: “Düşünürəm ki, Ərdoğan xarici siyasətdəki nailiyyətlərinə müraciət edəcək. Məsələn, Suriya mövzusu, “Tramp dəhlizi”, yeni silahların, ballistik raketlərin, təyyarədaşıyan gəmilərin hazırlanması və s. kimi məsələlərdə onun uğuru var. Müxalifətdə parçalanma yarada bilməsi də uğur üçün rol oynaya bilər. Müxalifətdə ən güclü namizəd Ərdoğanı real şəkildə məğlub edə biləcək İmamoğlu idi. Qalan liderlər o inamı oyandırmır. Namizədliyini irəli sürə biləcək liderlər arasında seçim etməli olsaydım, düşünürəm ki, Ərdoğan ən populyardır. Onun qalib gəlmək üçün səslərə sahib olub-olmayacağı başqa məsələdir”.

Ekspert düşünür ki, nə İmamoğlu, nə Ərdoğanın qalibiyyəti Rusiyaya fayda verər.

“Hər iki namizədin qələbəsində Rusiya üçün heç bir aşkar fayda görmürəm. Bir tərəfdən, xarici siyasətdə daha iddialı olan Ərdoğan var və maraqlarımız toqquşa bilər. Digər tərəfdən, daha az iddialı, lakin daha qərbyönlü olan müxalifət lideri. Eyni zamanda, Türkiyənin lideri kim olursa olsun, onlar praqmatik yanaşmanı qoruyacaqlar. Digər tərəfdən, Ərdoğan özünü doğrultmuş siyasətçidir və onun özünəməxsus siyasi ambisiyaları olsa da, münasibətlər hələ də normaldır və az-çox proqnozlaşdırıla bilər.

"Ərdoğan hüquqi maneələri dəf edə bildiyi müddətcə yenidən seçkilərə qatılmaq imkanından imtina etməsi ehtimalı azdır", - deyə, Siyasi və İqtisadi Kommunikasiya Agentliyinin Analitik Layihələr direktoru Mixail Neyjmakov nəşrə deyib.

“Hər halda, Ərdoğanın növbəti prezident seçkiləri üçün strategiyasını müəyyənləşdirmək üçün hələ vaxtı var, çünki seçkilər 2028-ci ilin yazına planlaşdırılıb. Lakin mümkün erkən seçkilər barədə şayiələr Türkiyə mediasında ənənəvi mövzu olaraq qalır. Müxalifətə gəlincə, 2023-cü ildə artıq prezidentliyə namizəd olan Kılıçdaroğlu ümumiyyətlə Rəcəb Ərdoğan üçün daha əlverişli rəqib kimi qəbul edilir. Məsələn, hazırkı Türkiyə prezidenti üçün daha təhlükəli rəqiblər arasında tez-tez Ankara meri Mənsur Yavaşın adı xatırlanır”. “Avropa və ABŞ bu seçkilərə hansısa şəkildə müdaxilə edərmi” sualına ekspert belə cavab verib: “Bir çox Avropa siyasətçisinin belə bir seçki kampaniyası zamanı Ərdoğanı tənqid etməsi ehtimalı var. Lakin əgər belə seçkilər 2028-ci ildə keçirilərsə, ABŞ üçün bu ilin həm də prezidentlik kampaniyası ili və konqres seçkiləri olacağını, yəni Amerika siyasətçilərinin diqqətinin əhəmiyyətli dərəcədə daxili siyasətə yönələcəyini xatırlamaq lazımdır. ABŞ Demokrat Partiyasının nümayəndələrindən Ərdoğana qarşı tənqidlər daha çox ehtimal olunur. Ümumilikdə, vacib olan hazırkı Türkiyə prezidentinin və onun partiyasının mövqeyinin həmin məqamda nə qədər güclü olacağıdır. Belə bir halda, Moskva, çox güman ki, Ərdoğanın və ya onun potensial varisi üçün qələbəni daha üstün ssenari kimi görəcək. Lakin prinsipcə, Türkiyədə etiraz əhval-ruhiyyəsinin artması və müxalifətin qələbəsi ilə nəticələnəcək ssenariyə də hazırlaşmağa dəyər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR