İnsanlara hürriyət, millətlərə istiqlal!

Köhnə qalıqlardan saxta BMW-lər düzəldirlər: od qiymətinə

7094 05.07.2026 03:42 Dünya A A

Rusiyada BMW markası altında satılan bəzi avtomobillərlə bağlı ciddi məlumatlar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, ekspertlərin məlumatına görə, Rusiyada ehtiyat hissələrinin qalıqlarından istifadə edilərək BMW X5, X6 və X7 modellərinə bənzər avtomobillər yığılır. Bu maşınlar 2022-ci ildə BMW-nin Rusiya bazarını tərk etməsindən sonra Kalininqraddakı "Avtotor" zavodunda qalan detallar əsasında hazırlanır.

Bildirilir ki, həmin avtomobillərin qiyməti təxminən 11,9–12,9 milyon rubl (təxminən 261–282 min manat) arasında dəyişir. BMW isə bu istehsalın şirkətin icazəsi olmadan həyata keçirildiyini açıqlayıb və bu avtomobillərin keyfiyyəti, təhlükəsizliyi və texniki vəziyyətinə görə heç bir məsuliyyət daşımadığını bəyan edib.

Şirkətin sözçüsü Karolin Baxmann bildirib ki, məsələ ilə bağlı dövlət qurumları, dilerlər və potensial alıcılar məlumatlandırılıb. Avtomobil sənayesi üzrə ekspertlər isə xəbərdarlıq edirlər ki, BMW-nin mühəndis nəzarəti və rəsmi proqram təminatı olmadan yığılan bu avtomobillərdə keyfiyyət və etibarlılıq baxımından ciddi risklər yarana bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR