İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya mallarının ABŞ-a ixracı artıb

950 04.04.2024 23:39 Dünya A A

Bu ilin fevralında Rusiya mallarının ABŞ-a idxalının həcmi yanvardakı 244 milyon dollardan 287,9 milyon dollara yüksəlib.

Bunu ABŞ-ın əsas statistik agentliyinin - Siyahıyaalma Bürosunun ticarət dövriyyəsi haqqında aylıq hesabatında dərc olunan məlumatlar sübut edir.

Ötən ilin dekabrında Rusiyadan ABŞ-a tədarük olunan malların həcmi 292,2 milyon dollar, noyabrda 362,4 milyon dollar, oktyabrda 274,4 milyon dollar təşkil edib.

Hesabata görə, Amerika mallarının Rusiyaya ixracı yanvarda 30 milyon dollardan fevralda 36 milyon dollara yüksəlib. 2023-cü ilin dekabrında bu göstərici 58,9 milyon dollar, noyabrda 69 milyon dollar, oktyabrda 34,8 milyon dollar təşkil edib.

Əvvəllər Amerika səlahiyyətliləri 2023-cü il üçün ABŞ mallarının Rusiyaya illik ixracının Rusiya-Amerika ticarət göstəricilərinin hesablamalarının bütün dövrü üçün rekord səviyyəyə çatdığı 2022-ci ildəki 1,7 milyard dollarla müqayisədə 597,3 milyon dollar təşkil etdiyini açıqlayıblar. Rusiya mallarının ABŞ-a idxalının həcmi də ötən il 2022-ci ildəki 14,45 milyard dollardan 4,56 milyard dollara düşüb.

Qeyd edək ki, Vaşinqton 1992-ci ilin yanvarından Rusiya-Amerika ticarət göstəricilərini hesablayır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR