İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Laçınla bağlı HƏRƏKƏTƏ keçdi: General Lentsov Bakı ilə nələr danışıb? Fuad Abbasovla CANLI

1092 29.04.2023 11:48 Gündəm A A

“Həkəri körpüsündə quraşdırılmış nəzarət-buraxılış məntəqəsinin sökülməsi məsələsi ilə bağlı Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə Azərbaycan arasında danışıqlar nəticə verməyib”. Ermənistan mətbuatı məlumat yayıb. Ermənilər vəziyyətin ümidsiz olduğunu etiraf ediblər.

“Hraparak” qəzeti yazır ki, Rusiya tərəfi onların nəzarətində olacaq, Azərbaycanın isə onlayn müşahidə aparacağı rentgen skanerlərinin yerləşdirildiyi keçid məntəqələrinin qurulmasını istəyib. Azərbaycan isə bundan qətiyyətlə imtina edib.

Qəzet bildirir ki, ruslarla danışıqlarda azərbaycanlılar müəyyən güzəştlərə gediblər: onlar rus sülhməramlılarına keçid məntəqəsində bəzi qeyri-vacib funksiyaların yerinə yetirilməsinə razılıq verə bilərlər, vəssalam.
Ukraynanın əks-hücum planına Krımı işğaldan azad etmək də daxildir. Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, Ukraynanın uğuru əsasən Qərbin davamlı silah təchizatından asılıdır: “Biz mümkün qədər çox insanın həyatını xilas etmək istəyirik, ona görə də silahların sayı önəmlidir”.
TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Misra TV rəhəri Fuad Abbasovla söhbətləşir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR