İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Kiyevə kütləvi zərbələr endirdi: yüz minlərlə sakin istilik və işıqsız qaldı! FOTO, VİDEO

565 27.12.2025 20:34 Son xəbər A A

Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hava hücumu həyata keçirib.

Musavat.com xəbər verir ki, hücum nəticəsində mülki infrastruktur ciddi zərər görüb, şəhərdə enerji, istilik və su təchizatında problemlər yaranıb.

Kiyev meri Vitali Kliçkonun yaydığı məlumata görə, zərbələr nəticəsində azı 28 nəfər yaralanıb. Mer bildirib ki, hücumdan sonra şəhərin bir sıra rayonlarında istilik sistemi sıradan çıxıb. Hazırda 2600 yaşayış evi, 187 uşaq bağçası və 138 məktəb istiliksiz qalıb.

Kliçko eyni zamanda Kiyevin bəzi hissələrində su təzyiqində də ciddi problemlərin yarandığını açıqlayıb. Onun sözlərinə görə, kommunal xidmətlər fövqəladə rejimdə işləsə də, vəziyyət hələ də tam nəzarət altına alına bilməyib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə hücumun miqyasına diqqət çəkərək bildirib ki, Rusiya paytaxta 500 pilotsuz uçuş aparatı (PUA) və 40 raketlə zərbə endirib. Prezidentin sözlərinə görə, hücumun əsas hədəfi enerji infrastrukturu və mülki obyektlər olub.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Kiyevə endirilən bu kütləvi zərbələr 28 dekabrda planlaşdırılan Zelenski–Tramp görüşü ərəfəsinə təsadüf edir. Məlumata görə, sözügedən görüşdə tərəflər 20 bəndlik sülh planını müzakirə etməyi planlaşdırır.

“Bloomberg” agentliyi isə öz mənbələrinə istinadən yazır ki, Moskva həmin sülh bəndlərində dəyişikliklər edilməsini tələb edir. Analitiklər hesab edirlər ki, Kiyevə edilən son hücumlar Rusiyanın danışıqlar ərəfəsində siyasi və hərbi təzyiqi artırmaq cəhdidir.

Hazırda Kiyevdə fövqəladə vəziyyət rejimi saxlanılır, hava hücumundan müdafiə qüvvələri isə yüksək hazırlıq vəziyyətindədir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR