İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İrandan ballistik raket almaq üçün danışıqlar aparır - The Wall Street Journal

692 04.01.2024 18:22 Dünya A A

Rusiya İrandan qısa mənzilli ballistik raketlər almağı planlaşdırır ki, bu da Moskvanın Ukrayna infrastrukturunu vurmaq qabiliyyətini gücləndirəcək. Musavat.com xəbər verir ki, bu barədə ABŞ rəsmiləri anonimlik şərti ilə “The Wall Street Journal”a danışıblar: "Birləşmiş Ştatlar Rusiyanın İrandan qısa mənzilli ballistik raketlərin alınması üzrə danışıqlarının fəal şəkildə irəliləməsindən narahatdır. Biz Rusiyanın İrandan raket sistemləri almaq niyyətində olduğunu qiymətləndiririk”.

Əgər alqı-satqı danışıqları davam edərsə, İran raketlərinin təhvil verilməsi bu ilin yazında baş tuta bilər. Lakin hazırda ABŞ rəsmilərinin sözlərinə görə, saziş hələ bağlanmayıb.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Rusiya artıq Şimali Koreyadan ballistik raket buraxılış qurğuları və onlarla ballistik raket almağa başlayıb. Onlar qeyd ediblər ki, Moskvanın İran raketlərini əldə etmək istəyi dekabrın ortalarında Rusiya nümayəndə heyətinin İranın təlim meydançasına baş çəkdiyi zaman üzə çıxıb. Orada ruslar İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin nümayiş etdirdiyi ballistik raketlər, o cümlədən qısa mənzilli “Əbabil” raketi və müvafiq avadanlıqlarla tanış olublar.

Qeyd olunur ki, sentyabrda Rusiyanın müdafiə naziri Sergey Şoyqu şəxsən İrana gəlib və “Ababil” raketləri ilə də maraqlanıb.

Hərbi analitiklər hesab edirlər ki, Moskvanın İran və Şimali Koreya raketlərini alması Rusiyanın Ukraynanın raket əleyhinə müdafiə sistemlərini aradan qaldırmaq üçün aqressiv səylərinə böyük təkan verə bilər. Amerika Müəssisə İnstitutunun Kritik Təhdid Layihəsinin direktoru Frederik Kaqanın fikrincə, “Rusiyanın son günlər həyata keçirdiyi zərbələr ruslar üçün böyük ballistik raket ehtiyatına sahib olmağın vacibliyini nümayiş etdirir”.

Kaqanın sözlərinə görə, Rusiya buraxdığı raketlərin sayını artırmaq və istifadə etdiyi silah növlərini tənzimləməklə Ukraynanın hava hücumundan müdafiə sisteminə qalib gəlməyin yollarını axtarır: “Onların arsenalında kifayət qədər ballistik raketlərin olması bunun çox vacib hissəsidir”.

Qeyd edək ki, dekabrın 29-dan etibarən Rusiya Ukraynaya qarşı kütləvi raket hücumlarını bərpa edərək, keçən ilki qış kampaniyasını təkrarlamağa çalışır. Həmin gün Ukrayna ərazisinə 158 hava hücumu silahı - müxtəlif tipli raketlər və kamikadze dronları buraxılıb.

Yanvarın 2-də təcavüzkar yenidən kütləvi hücuma keçib. Ukrayna hava hücumundan müdafiə qüvvələri 99 qanadlı raketdən 72-ni vurub. Rusiya tərəfindən buraxılan 35 ədəd Şahed-136/131 hücum PUA-larının hamısı məhv edilib. Həmin axşam prezident Vladimir Zelenski bildirib ki, beş gün ərzində düşmən Ukrayna ərazisinə ən azı 500 raket və pilotsuz uçuş aparatı atıb.

Rusiyanın dekabrın 29-dan bəri Ukraynaya atdığı raket və PUA-ların ümumi dəyəri 4 milyard dollardan yuxarı hesablanır...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR