İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilk dəfə etiraf etdi: Ukrayna bu təyyarəni vurdu

3154 18.06.2024 09:46 Dünya A A

Rusiya ilk dəfə Ukraynanın A-50 havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsini vurduğunu rəsmən etiraf edib.

Axar.az xəbər verir ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin 138-ci zenit-raket briqadasının komandiri, polkovnik Nikolay Dzyamanı axtarışda olanlar siyahısına salıb.

Polkovnik “insan ölümü ilə nəticələnən terror aktı” törətməkdə ittiham edilir.

Bildirilir ki, fevralın 23-də ukraynalı müdafiəçi tabeliyində olanlara Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsini məhv etmək əmri verib. Bildirilir ki, bu təyyarə döyüş əməliyyatları üçün nəzərdə tutulmayıb, silahı yoxdur və uçuş yalnız Rusiya hava məkanında həyata keçirilir.

Nəticədə 10 ekipaj üzvü həlak olub, təyyarə məhv edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR