İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Ukrayna arasında barışıq ola bilərmi?

507 31.01.2024 00:47 Dünya A A

Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell Rusiya ilə Ukrayna arasında barışıq imzalamaq barədə fikirləri ilkin olaraq səhv adlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə o, yanvarın 30-da Fransanın L’Obs jurnalı üçün köşə yazısında yazıb.

“Bir daha eşidirik ki, Ukrayna qalib gələ bilməyəcək və Qərbin dəstəyi qısamüddətli olacaq. Atəşkəs haqqında vəsvəsələr yenidən yaranır. Bu fikirlər 2022-ci ildə də səhv idi, indi də yanlış olaraq qalır. Biz Ukrayna ilə bağlı siyasətimizdə onları rəhbər tutmamalıyıq”, – diplomat yazıb.

Borrell həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin öz ordusunun imkanları və Ukraynanın müqavimət göstərmək qabiliyyəti ilə bağlı səhv edir. Diplomatın fikrincə, Rusiyanın döyüş meydanında məğlubiyyəti Avropa üçün təhlükəsizliyin ən yaxşı təminatıdır. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR