İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ermənistan ittifaqı BU SƏBƏBDƏN çökür - Ekspert İLGİNC DETALLARI açıqladı

910 18.04.2024 12:38 Siyasət A A

ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək deyib ki, bu, Rusiyanın etibarsız müttəfiq olduğunun göstəricisidir.

PATEL.jpg (63 KB)

V.Patel ABŞ-ın 2020-ci ildə Qarabağda döyüşlərin başa çatması və Rusiya qoşunlarının bölgəyə gətirildiyi üçtərəfli sazişin tərəfi olmadığını qeyd edib:

“Biz Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə qoyduğunu göstərən heç bir şey görmədik və ötən payızda Qarabağda baş verən hadisələr bunun göstəricisidir. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir nümunəsidir”.

Göründüyü kimi, ABŞ-ın sülhməramlıların çıxmasını alqışlamaması, əksinə, neqativ tərzdə şərh etməsi bu ölkənin riyakarlığının növbəti göstəricisi sayıla bilər. İndiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoyur.

AZER SON.jpeg (14 KB)

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a deyib ki, bu məqamda Rusiyadan daha çox Amerikanın öz tarixinə baxması yaxşı olardı:

“ABŞ-ın müasir tarixində ortada qoyub getmədiyi bir müttəfiqi varmı? Koreya müharibəsində müttəfiqliyi Koreya xalqını bölmədimi? Vyetnam savaşında sonda müttəfiqlərini kommunistlərə yem etmədimi? İran-İraq müharibəsində Səddamı savaşa tətikləyib sonra tək buraxmadı? Əfqanıstanda xalqla əlaqəsi olmayan hökumət qurub sonra onu Taliban İslam Əmirliyinin qarşısında tərk etmədimi? İraqda Maliki hökumətini də misallara əlavə edə bilərik. İndi də Zelenskini tək qoymurmu? Adama əl çalıb özünü ortada qoymadımı? O ki qaldı dünyanın aparıcı neoimperialist qüvvələrinə, onların hansına sona qədər güvənmək olar ki? Azərbaycan bunları yaxşı bilir. Ona görə heç bir qüvvəyə deyil, ilk olaraq daxili gücünə uyğun hərəkət edir. Amma insafən baxsaq, Rusiya müttəfiqlərini ABŞ qədər ortada buraxmayıb. Özü çökəndə onlar da çöküb. Yaxud da Ermənistanı misal çəkək, xainlik etdiklərində qurdlar vadisində tək buraxıb. Bütün bunlar onu deməyə əsas verir ki, böyük güclərin qarşılıqlı ittihamları səmimi olmur. İttihamlarından özlərində də pay var. Rusiya, Amerika, hər bir dövlət ittifaqları mənafeləri üçün bağlayır. Mənfəət bitəndə ittifaq bitir. Rusiya erməniləri oradan-buradan gətirməklə Qafqazda çoxaltmışdı. Onlar üçün bir dövlət də yaratmışdı. İndi isə Paşinyan “brat”ı “brother”ə dəyişmək istəyir. Buna görə aralarında ittifaq çökür. Yuxarıdakı misallarda Amerikanı da dedim. Ona görə dövlət duyğularla hərəkət etməz. Sülhməramlıların getməsi bizim sayıqlığımızı pozmamalıdır”.

Qeyd edək ki, Kreml Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.

PESKOV.jpg (69 KB)

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. O, jurnalistlərə qısa açıqlamasında “Bəli, bu, doğrudur” deyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. O qeyd edib ki, artıq proses başlanılıb.

HİKMET SON.jpg (57 KB)

“Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, - açıqlamada deyilir.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR