İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “büdcə yastığı”nı xərcləməyə başlayıb: İki ayda 120 milyard...  

981 05.07.2023 16:34 İqtisadiyyat A A

Rusiya Milli Rifah Fondunda (MRF) 12 trilyon 670,27 milyard rubl (145 milyard 578 milyon dollar) vəsait var.

Musavat.com Rusiya Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2023-cü ildə ölkədə istehsal olunacaq ümumi daxili məhsulun 8,4 faizinə bərabərdir.

İyunun 1-də MRF-nin 12 trilyon 353 milyard 126 milyon rubl(onda olan məzənnə ilə 153,099 milyard dollar) vəsaiti olub. Ay ərzində vəsaitlər 317,124 milyard rubl artsa da, rublun dəyərsizləşməsi nəticəsində dollar ifadəsində 7,5 milyard dollar azalıb.

İyun ayı ərzində Fonddan dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün 3,452 milyard yuan və 5,127 ton qızıl satılıb. Bundan əldə olunan 66 milyard 978,9 milyon rubl büdcəyə köçürülüb. May ayında isə bu məqsədlə Fonda məxsus yuan və qızıl satışından 48 milyard 967,8 milyon rubl əldə edilmişdi.

Rusiya Maliyyə Nazirliyinin məlumatına əsasən iyulun 1-nə MRF-nin likvid aktivlərinin həcmi 6,811 trilyon rubl və ya 78,258 milyard dollara bərabər olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR