İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Britaniyalı nazirin təyyarəsinin GPS-ni “söndürüb” - Reuters

918 15.03.2024 00:46 Dünya A A

Rusiya Böyük Britaniyanın müdafiə naziri Qrant Şapp Polşadan qayıdarkən onun təyyarəsinin peyk siqnalını “söndürüb”.

Bu barədə Reuters agentliyinə Britaniya hökumətindəki mənbə və Şappsla birlikdə səyahət edən jurnalistlər məlumat verib.

Reuters-in həmsöhbətlərinin sözlərinə görə, Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçarkən təyyarədəki GPS siqnalı təxminən 30 dəqiqə bloklanıb. Onlar əlavə ediblər ki, bu müddət ərzində mobil telefonlar internetə qoşula bilmədiyinə görə təyyarə heyəti olduqları yeri müəyyən etmək üçün alternativ üsullardan istifadə etməyə məcbur olub.

Britaniya Müdafiə Nazirliyi vəziyyəti rəsmi şərh etməkdən imtina edib.

Nazirlikdəki həmsöhbət “The Times”a verdiyi şərhdə bildirib ki, Britaniya aviasiyası bu cür nasazlıqlar zamanı hərəkətlər alqoritminə malikdir, lakin onlar “mülki təyyarələr üçün əsassız risk yaradır və insanların həyatı üçün potensial təhlükə yarada bilər”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR