İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya aprel-mayda OPEK+ razılaşması iştirakçılarına “atıb”

358 11.06.2024 19:19 İqtisadiyyat A A

OPEC+ razılaşması ölkələri may ayında sutkada 40,9 milyon barel (aprellə müqayisədə 123 min barel az), OPEC+ sazişində birbaşa iştirak edən ölkələr (Liviya, İran və Venesuela istisna olmaqla) isə sutkada 35,7 milyon barel neft hasil edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat OPEC-in aylıq hesabatında əksini tapıb.

May ayında aprel ayı ilə müqayisədə OPEC ölkələri hasilatı sutkada 29 min barelə – 26,6 milyon barelə qədər artırıb, OPEC+ sazişinə daxil olan qeyri-OPEC ölkələri isə hasilatı sutkada 152 min barelə – 14,3 milyon barelə qədər azaldıb.

Ekvatorial Qvineya, Qabon, Nigeriya, BƏƏ, Meksikada hasilatın artması, Konqo, Küveyt, Səudiyyə Ərəbistanı, Qazaxıstan və Rusiyada isə azalma müşahidə olunub. Beləliklə, OPEC+ sazişi üzrə kvotalar, həmçinin səkkiz müttəfiq ölkə tərəfindən könüllü ixtisarlar nəzərə alınmaqla hasilat plandan 22 min barel çox olub – sutkada 35,68 milyon barel hasil edilib. Eyni zamanda sazişdə iştirak edən OPEC ölkələri planı sutkada 177 min barel üstələyib, qeyri-OPEC ölkələri isə əsasən Meksika (onun kvotası dəyişmir, lakin nəzərə alınır),Azərbaycan və Sudanın hesabına kvotadan 155 min barel az hasil edilib.

Xəbər verildiyi kimi, hasilatı yetərincə azaltmayan bir sıra ölkələr, xüsusən də Qazaxıstan, İraq və Rusiya iyunun sonuna qədər bu həcmləri kompensasiya etmək üçün plan təqdim etməlidirlər (kompensasiya 2025-ci ilin oktyabr ayına qədər olacaq). Belə ki, may ayında Rusiya sutkada 9,049 min barel hasil etməli idi, lakin OPEK-in məlumatına görə, faktiki hasilat sutkada 9,182 min barel olub, yəni 133 min barel çoxdur. Apreldə Rusiya sutkada 9099 min barel hasil etməli idi, lakin 9301 min barel, yəni 202 min barel çox istehsal edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR