İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus turistlər üçün sərhəd bağlandı, fin kəndi iflas etdi

1757 23.07.2023 15:10 Dünya A A

Rusiya ilə sərhədin bağlanması finlər üçün xoşagəlməz nəticələr verib: outlet malların ticarəti ilə məşğul olan Zsar kəndi iflasa uğrayıb. 

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Finlandiyanın “İlta-Sanomat” qəzeti yazıb.

Qeyd olunur ki, Rusiyadan gələn turistlərin azlığı səbəbindən Vaalimaa keçid məntəqəsinin yaxınlığında yerləşən Zsar kəndi “kabus-kənd”ə çevrilib. Bu kəndin yaxınlığında yerləşən ticarət kompleksi hələ ötən ilin payızında müflis olub və indi, qəzetin yazdığına görə, oradan ancaq quşların və maşınların səsi eşidilir.

Bildirilir ki, vaxtilə kompleks rusiyalı turistlər üçün xüsusi olaraq yaradılıb və sahibləri ona 40 milyon avroya yaxın sərmayə qoyublar. Ancaq əvvəlcə pandemiya ticarətin zəifləməzində rol oynayıb, sonra Finlandiya hakimiyyətinin Rusiya ilə sərhədi turistlər üçün bağlaması ticarəti tamamilə sıfırlayıb.

Helsinki 30 sentyabr 2022-ci il tarixindən etibarən rusiyalı turistlərin ölkəyə girişinə ciddi məhdudiyyətlərin tətbiq olunduğunu elan edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR