İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus turistlər niyə Ermənistanı seçir?

1153 24.03.2022 14:55 Gündəm A A

Başqa ölkələrə gedə bilməyənlər keçmiş SSRİ respublikalarına üz tuturlar-qiymətlər...  

Rusiyanın turoperatorlar sanksiyalar səbəbindən ruslara səyahət üçün keçmiş SSRİ respublikalarını təklif edirlər. Maraqlıdır ki, ən çox tələbat Ermənistanadır. 

Musavat.com gazeta.ru-ya istinadən xəbər verir ki, ruslar may bayramları üçün müəyyən olunmuş reysləri fəal şəkildə bron edirlər. Lakin indi cədvəldəki daimi dəyişikliklər və uçuşların ləğvi səbəbindən Ermənistana turların satışını sabit adlandırmaq olmaz. Nəşrin xəbərinə görə, Azərbaycana səyahət də populyardır, lakin onlarla bağlı problemlər də var.

Bu gün Azərbaycan regionun lider dövlətidir"

 “Delfin” turoperatorunun baş direktoru Sergey Romaşkin bildirib ki, tələbat ən çox Ermənistan, Azərbaycan, Özbəkistan, eləcə də Gürcüstanadır. “İndi rusların fəallığı artıb, bu ölkələrə səfərlərə tələbat artıb. Amma ehtimal var ki, bu, sadəcə olaraq Rusiyadan gediş dalğası ilə üst-üstə düşüb və bu insanların bəziləri turist deyil” deyə, Romaşkin bildirib .  

“İnturist” turoperatorunun verdiyi məlumata görə, Ermənistana mövcud tələbatın artması  koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədardır. Turoperator Qazaxıstan və Qırğızıstana turların təşkili imkanlarını da nəzərdən keçirir.

“Anex Tour” yalnız Azərbaycan və Ermənistana turlar təşkil edir. Onlara tələbat indi böyük sayılmaz, lakin maraq var. May ayında üç gecəlik (iki nəfər üçün) Ermənistana ekskursiya turu 85.400 rubldan başlayır. Bura uçuşla bərabər bütün yemək xərcləri də daxildir. Dörd gecəlik isə xizək turu rusiyalı turist üçün 87.000 rubla başa gələcək. Bundan əlavə müalicə məqsədi ilə yeddigünlük turlar da var ki, qiyməti 137 500 rubldur. Ruslar İrəvana, Cermuxa və  Çaxkadazora (xizək tətili)gəzə bilərlər. İki nəfərlik beş gecəlik proqram üzrə yeməklə Azərbaycana görməli yerlərə turun qiyməti 100 min 900 rubldan başlayır. 

Ermənistan - EU4Digital

Abxaziya kurortlarına da tələbat var. “Level.Travel” onlayn turların axtarışı və alışı xidmətinin marketinq direktoru Yevgeni Qinzburq bildirib ki. mart ayında satış  5%  təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 3% çoxdur. “Bu ay turların qiyməti 23 min rubldan başlayır.Ermənistana turlara da az tələbat var, lakin Azərbaycan, Belarus və Özbəkistana turlar hələ də “bir neçə turist” tərəfindən seçilir”deyə,    o, əlavə edib. Belarusda  tətil 51 min rubla başa gəir. Özbəkistana turların qiyməti 107 min rubldan başlayır.  

“OneTwoTrip” səyahət planlaşdırma xidmətinin məlumatına görə, keçmiş SSRİ ölkələri arasında martın əvvəlindən bron etmək üçün ən populyar istiqamətlər onluğuna Ermənistan  , Qırğızıstan (6,4%), Azərbaycan (5,3%) daxildir.    Fevralın eyni dövrü ilə müqayisədə tələbat daha çox Qazaxıstan (64%) və Gürcüstana (38%) artıb.

Bəs, turizm sənayesinin qarşısında duran əsas problemlər hansılardır? Səyahəti çətinləşdirən odur ki, son vaxtlar uçuşların sayı azalıb,  qiymətləri qalxıb. Rubl isə təkcə dollar qarşısında deyil, digər valyutalara nisbətdə də ucuzlaşıb. Bəzi ölkələrdə koronavirus məhdudiyyətləri - PCR testləri, peyvənd tələbləri hələ də qalır. “Visa” və “Mastercard” ödəniş sistemlərinin kartlarında da problemlər var - onlar xaricdə işləmir. 

“Turist axını çox yavaş bərpa olunur. Səyahət   elədir ki, turistlərə hansısa ölkədə nə qədər yaxşı münasibət göstərsələr də, bir ay əvvəlkindən 50-60%-dən artıq pul ödəyə bilmirlər” deyə, turizm üzrə menecer bildirib. “İndi turizm üçün yaxşı vaxt deyil. Turistlərin bir az fərqli prioritetləri var” deyə, o əlavə edib.

“Anex Tour”un mətbuat xidməti də qeyd edib ki, turizm sənayesi xarici şərtlərdən çox asılıdır. Buna görə də, son illərdə bir tendensiya var: istiqamətlərin seçimi ruslar üçün əlçatanlıq meyarına əsaslanır. İndi rus turistlər Krasnodar diyarının kurortlarına daha çox üstünlük verirlər və Rusiya şəhərlərində görməli yerləri-Sankt-Peterburq, Kalininqrad, Kazan və s. istiqamətlərə maraq göstərirlər. 

Orxan ƏLİYEV, 
Musavat.com    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR