İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus tətilçilər üçün Türkiyəyə iki nəfərlik, bir həftəlik turun qiyməti açıqlandı

1445 12.03.2024 18:18 Dünya A A

Yaz aylarında iki nəfərin Türkiyədə bir həftəlik tətili üçün tur-paketi indi 150 min rubla (1645 dollar) almaq olar.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu “Art Tour”-un baş direktoru Dmitri Arutyunov bildirib. O, qeyd edib ki, yazda təxminən eyni qiymətə Dubayda da istirahət etmək imkanı tapmaq mümkündür.

Türkiyədə iki nəfər üçün bir həftəlik tətilin 150 min qubl olduğunu deyən Arutyunov otellərdə “hər şey daxil” sistemin tətbiq edildiyini də bildirib.

“May bayramlarından əvvəl, sonra və ümumiyyətlə yazda Türkiyədə istirahət etmək sərfəlidir, çünki mövsümün əvvəli hələ hər şey istiləşməyib, layiqli dördulduzlu mehmanxanada bir həftəlik tur adambaşına 70-80 minə başa gələ bilər.”, - o əlavə edib.

Arutyunov vurğulayıb ki, Rusiya ilə birbaşa əlaqəsi olmayan ölkəyə uçarkən biletin bir formada verilməsi vacibdir. Onun sözlərinə görə, bir biletdə iki və ya üç reys olmalıdır, çünki bu, birləşdirici reyslərdən birinin gecikməsi və ya ləğvi halında kömək edəcək. Bir aviaşirkətlə birləşdirici reysi bron edərkən, əlaqə uğursuz olarsa, o, sərnişini növbəti reysə yerləşdirməli olacaq”, - deyə o, izah edib.

Xatırladaq ki, Soçi, Moskva, Kazan, Sankt-Peterburq, Kalininqrad və Şimali Qafqaz yaz aylarında ölkə daxilində səyahət etmək üçün ruslar arasında populyarlaşıb. Xaricə səfərlər üçün sakinlər Yaxın Şərq ölkələrini, ilk növbədə BƏƏ-ni seçirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR