İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus sülhməramlıları bölgədən çıxır - Lavrovla Bayramov qapalı otaqda bunu MÜZAKİRƏ ETDİ - detallar CANLIda

954 05.12.2023 13:21 Gündəm A A

Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcəyini gözləyir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib. “Ayın sonunda, Milad günlərinin əvvəlində Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasları və MDB-nin ənənəvi qeyri-rəsmi sammiti keçiriləcək, biz burada ötən illərdə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakını gözləyirik”, - o bildirib.
Lavrov Azərbaycan- Rusiya münasibətlərinin yüksəlişdə olduğunu qeyd edib:
“Oktyabrın 12-də, iki ay əvvəl, Bişkekdə liderlərimiz MDB sammiti çərçivəsində çıxış edərək müttəfiq, strateji qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə sadiq olduqlarını təsdiqlədilər”.

Eyni zamanda görüşdə Rusiya sülhməramlılarının bölgədə qalma məsələsi, eyni zamanda Zəngəzur dəhlizi də müzakirə edilib. Azərbaycan üçün strateji sayılan bu mövzularla bağlı Rusiyanın mövqeyi, eləcə də bundan sonra atacağı addımlar da görüşün sualları sırasında olub.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Qədir Aslanla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR