İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus oliqarxın ŞOK SƏRVƏTİ üzə çıxdı 

1470 09.08.2023 21:07 Son xəbər A A

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə bilinən, “Rosneft”in rəhbəri İqor Seçinin “Sergey Andreeviç Terentyev” adı altında gəlirlərini gizlətdiyi ortaya çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə rus müxalifətçi Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondu (KMF) maraqlı faktlar əldə edib.

Terentyevin doğum tarixi Seçin kimi 7 sentyabr 1960-cı il olaraq göstərilib. Onların pasport və VÖEN nömrələri eyni gəlir.

KMF-nin xəbərinə görə, işin kökü 2013-cü ilə gedib çıxır. Həmin il Putin öz fərmanı ilə dövlət şirkətlərinin və korporasiyalarının rəhbərlərinə gəlirləri haqqında məlumatı açıqlamağı tapşırıb. Lakin “Rosneft”, həmçinin “Qazprom” və “Rusiya Dəmir Yolları” şirkətlərinin rəhbərləri bəyannaməni ictimaiyyətə açıqlamayıblar.

Həmin ilin dekabrında “Forbes” jurnalı menecerlərin maaşları reytinqində İqor Seçinin gəlirlərini dərc edib. Buna görə Seçin jurnalı məhkəməyə verib və onlara təkzib mətnini dərc etdirib. 2015-ci ildə Aleksey Navalnı məhkəmə vasitəsilə hökumətdən dövlət şirkətlərinin rəhbərlərinin maaşlarını açıqlamağı tələb etsə də, məhkəmə həmin iddianı rədd edib. Halbuki söhbət milyardlardan gedir.

O vaxtdan bəri dövlət şirkətinin rəhbərinin gəlirləri ilə bağlı heç bir sübut dərc olunmayıb. Lakin Terentyev-Seçinin sənədlərinin müqayisəsi nəhayət bu suala cavab tapmağa kömək edib. Vergi reyestrinə əsasən, Terentyev-Seçin il ərzində “Rosneft”dən 3 milyard 71 milyon 738 min 456 rubl 32 qəpik (təxminən 31 milyon 320 min ABŞ dolları) alıb. Bundan başqa, Ümumrusiya Regionların İnkişafı Bankı (Rosneft Bankı) “Terentyev”in hesabına əlavə 244 milyon (2 milyon 400 min dollar), “Rosneftqaz” şirkəti isə iki milyon (20 min dollar) pul köçürüb.

Terentyev-Seçinin illik gəliri 3 milyard 317 milyon rubl (33 milyon ABŞ dolları) təşkil edib. Beləliklə, İqor Seçinin dövlət şirkətində maaşı Murmansk vilayətinin 49 min insanın yaşadığı Apatiti şəhərinin büdcəsi ilə müqayisə edilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR