İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruhəngiz Qasımova Honkonqda vəfat edib?

3734 10.10.2022 00:08 Hadisə A A

“Ruhəngiz çıxıb getdi, heç bizimlə sağollaşmadı da. Sonra iki dəfə ona zəng etdim, cavab da vermədi. Təxminən 20 gün öncə qızının yanına Honkonqa getmişdi. İndi bilmirəm Honkonqda dünyasını dəyişib, yaxud başqa şəhərdə. Amma dəqiq onu bilirəm ki, Azərbaycanda deyil”.

Musavat.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova deyib. 

“Bilmirəm, qızının yanından gətirilib burada dəfn olunacaq, ya yox. Çünki ordan bura gətirmək böyük xərc tələb edir. Həyat yoldaşı ötən il dünyasını dəyişmişdi. Heç ili də çıxmayıb. Onun ölümü çox pis təsir etmişdi Ruhəngizə. Ruhəngiz o qədər şən, yumorlu insan idi ki, ərinin ölümünə dözmədi. 2006-cı ildən ərinə baxırdı. Özünün də şəkəri, təzyiqi var idi. Deyirdi ki, birdən mənə nəsə olar, həyat yoldaşım tək qalar. Mənimlə çox yaxın rəfiqə idi, daha sonra da Bəstəkarlar İttifaqının xətti ilə bir çox ölkələrə səfərlər etmişik. Rəhmətlik oğlum onun haqqında monoqrafiya yazmışdı, hər dəfə razılıq və təşəkkür edirdi” - deyə sənətkarın yaxın rəfiqəsi bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova 82-ci yaşında vəfat edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR