İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubl yenidən çökdü: REKORD səviyyədə ucuzlaşma

12336 06.10.2023 07:56 Son xəbər A A

İlk yayın vaxtı: 5 sentyabr, 22:42

Moskva valyuta birjasında bu günün son hərracı Rusiya rublunun dollar qarşısında kəskin dəyər itkisi ilə yekunlaşıb.

Musavat.com İnterfaksa istinadən xəbər verir ki, hərraclarda 1 dollar 100,55 rubla ticarət olunub. Bu, 2023-cü ildə ilk belə haldır.

Bu gün Valday Klubunun toplantısında sualları cavablandıran Rusiya prezidenti Vladimir Putin hakimiyyətin milli valyutanın zəiflədiyini gördüyünü, Mərkəzi Bank və hökumətin bu problemi həll etmək üçün düzgün addımlar atdığını deyib: "Bəli, bizim problemlərimiz var. Biz bunları görürük: gəlirlərin qaytarılmaması, milli valyutanın zəifləməsi - bunu görürük. Buna həm Mərkəzi Bank, həm də hökumət reaksiya verir. Əminəm ki, atılan addımlar düzgündür, nəticələr var və yaxşı olacaq”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR