İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubl və lirə dəyərsizləşdi, manatı nə gözləyir?

2611 10.06.2023 11:20 İqtisadiyyat A A

Məlum olduğu kimi qonşu Rusiya və Türkiyədə milli valyutaları dollara nisbətən dəyər itirməkdədir. Türkiyədə keçirilən seçkidən sonra hazırda 1 dollar 24 lirəyədir.

Eləcə də rubl da dəyərsizləşməkdə davam edir. Son 1 ayda rubl dollara nisbətən 7.0 faizə yaxın dəyərsizləşib.

Beləliklə, hər iki valyutaya təzyiqlər davam edir.

Bəs manatı nə gözləyir?

Musavat.com bildirir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov mövzunu bu cür şərh edib:

"Türkiyədə məzənnənin sadəcə orta müddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür.

Hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır.

Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, kursun müyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur".

Vüqar Bayramov qeyd edib ki,
Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib və Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır.

"Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq", deyə Vüqar Bayramov bildirib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR