İnsanlara hürriyət, millətlərə istiqlal!

Roza Zərgərli: “Adamı etdiyi yaxşılığa görə peşman eləməyin... “

873 06.07.2022 17:28 Şou-biznes A A

“İnsanı etdiyi yaxşılığa görə peşman eləməyin. Onların böyüməsi, təhsil alması, əsgərlikləri üçün mən bir ana kimi əlimdən gələni etmişəm”.

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli aktyor oğlu Corc Qafarova dövlət tərəfindən ev verildiyi üçün onu tənqid edənlərə səslənərkən deyib. Müğənni bununla bağlı sosial şəbəkədə paylaşdığı videoda bildirib ki, Corc və onun qardaşı Jerar övladlıq götürülənə qədər uşaq evində böyüyüblər:

“Onlar digər uşaqlar kimi dövlətin himayəsində olublar. Siz tənqidlər yazmaqdansa sevinin ki, valideynsiz uşağın da evi var. Axı, mən xuliqan deyil, cəmiyyətə normal övlad yetişdirmişəm. Yetişdirdiyim övladlarım göz qabağındadır. Təkcə onlar deyil, uşaq evində böyüyən digər uşaqlar da dövlətin himayəsindədir.
Buna görə də artıq heç nə yazmayın. Kiminsə xoş anına sevinin”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR