İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rosselxoznadzor” Ekvador güllərində də “zərərverici” tapdı

435 04.02.2024 22:24 Dünya A A

“Rosselxoznadzor” bu dəfə Ekvador qərənfillərinin Avropa İttifaqı ölkələri (Hollandiya, Almaniya, Latviya, Litva) vasitəsilə Rusiyaya tədarükü ilə bağlı vəziyyətdən “narahat”dır.

Xidmətin yaydığı məlumata görə, Ekvador qərənfillərində qərb çiçəyi tripsi aşkar edildiyi üçün onların sertifikatlaşdırılmasının fevralın 9-dan dayandırılması xahişi ilə bu ölkələrin səlahiyyətli orqanlarına müraciətlər göndərilib.

Məlumatda bildirilir ki, "Rosselxoznadzor Ekvador mənşəli kəsmə güllərin tədarükü zamanı EEAS-ın fitosanitar tələblərinin pozulması hallarının artmasından narahatdır: “Çünki onlarda Qərbi (Kaliforniya) gül tripsləri aşkar edilib. Ən çox karantin obyekti Avropa İttifaqı ölkələri (Hollandiya, Almaniya, Latviya, Litva) vasitəsilə Rusiya ərazisinə daxil olan Ekvador mənşəli gül məmulatlarında aşkar edildiyini nəzərə alan Xidmət bu ölkələrin səlahiyyətli orqanlarına fevralın 9-dan Ekvador qərənfillərinin sertifikatlaşdırılmasını dayandırmaları barədə müvafiq müraciətlər göndərib”.

Departamentin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, Rosselxoznadzor Hollandiya, Almaniya, Latviya və Litvadan Rusiyaya Ekvador qərənfillərinin idxalına qadağa qoymayıb, lakin sertifikatlaşdırmanın dayandırılması tələbi ilə bu ölkələrin səlahiyyətli orqanlarına müraciətlər göndərib. 

Xidmətin məlumatında həmçinin qeyd olunur ki, sadalanan ölkələr Rusiyaya çirklənmiş çiçəklər tədarük etməyə davam edərsə, “Rosselxoznadzor” digər çiçək növləri ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqinin növbəti mərhələsinə keçmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, fevralın 2-də Xidmət ənənəvi “zəzərverici” bəhanəsi ilə Ekvadordan Rusiyaya ən çox banan ixrac edən 5 ixracatçının bananlarının sertifikatlaşdırılmasını dayandırıb.

Bu addımların yeganə səbəbi Ekvador hakimiyyətinin Rusiyanın etirazına məhəl qoymayaraq özündə olan 200 milyon dollarlıq Sovet və Rusiya silahlarını ABŞ-a verməsidir. Rusiya silahların Ukraynaya çatdırılacağını iddia edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR