İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldonun gəlişi İranda çılğınlığa səbəb oldu (VİDEO)

1225 19.09.2023 10:30 İdman A A

İranlı futbol azarkeşləri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonu görmək ümidi ilə Tehranda otelə basqın ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bazar ertəsi Ronaldo Asiya Futbol Konfederasiyasının (AFC) Çempionlar Liqası çərçivəsində yerli "Persepolis" klubu ilə oyun üçün Əl-Nasr ilə Tehrana gəlib.

Bazar ertəsi onlarla fanat Ronaldonun qaldığı otelin qarşısında toplaşıb və daha sonra zorla otelin foyesinə daxil olub və orada portuqaliyalının adını tərənnüm etməyə başlayıblar.

Bundan əvvəl azarkeşlər “Əl-Nasr”ın futbolçularını daşıyan avtobusu hava limanından müşayiət ediblər, otelə gedən yol isə qarşılama bannerləri ilə bəzədilib.

Bu arada "əl-Cəzirə" telekanalı xəbər verir ki, İran Ronaldoya kilidi açılmış internetə daxil olmaq üçün xüsusi SİM kart vermək niyyətindədir. Bəzi iranlılar hesab edir ki, Ronaldoya vətəndaşların istifadə edə bilmədiyi xidmətlərdən istifadə etmək təklifi təhqir və ayrı-seçkilik olardı.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR