İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo cəza ala bilər – Avro 2024-də fitnes cihazı ona görə reklam olunub

1556 05.07.2024 13:23 İdman A A

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2024-də gizli reklama görə cəzalandırıla bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Goal” portalı məlumat yayıb.

"Visa" və "Coca-Cola"nın qlobal sponsorluq şöbəsinin keçmiş rəhbəri Rikardo Fortun sözlərinə görə, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Ronaldonu səfiri olduğu “Whoop” şirkəti üçün fitnes qolbağının reklamına görə cərimələməlidir.

“Post iki milli komandanın adından, hesabdan və meydandakı oyunçudan istifadə etməklə UEFA matçlarına həsr olunub. Onlar hadisə ilə əlaqəyə eyham edirlər və bu, qanunsuzdur”, - Fort deyib.

Fitnes cihazı Avro-2024-ün 1/8 finalında Portuqaliyanın Sloveniya ilə oyununda (0:0, penaltilərdə 3:0) Ronaldonun nəbzini izləyib. Yazıda məlum olub ki, penalti zərbəsindən əvvəl hücumçunun ürək döyüntüləri dəqiqədə 170-dən 100-ə düşüb, Bernardo Silva həlledici qolu vuranda isə 180-ə yüksəlib.

Bu barədə informasiyaların yayılması isə fitnes cihazının gizli şəkildə reklamı demək olub. Ancaq bu xüsusda yayılan yeni informasiyalar cihazın reklamının açıq halda davam etdiyini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR