İnsanlara hürriyət, millətlərə istiqlal!

Roman Abramoviçin Türkiyənin "Göztepe" futbol klubunu alması xəbəri təkzib olunub -YENİLƏNİB

1153 05.04.2022 21:26 İdman A A

Roman Abramoviç yeni futbol klubu alıb.

Apasport.az saytının “D-Smart Spor”a istinadən məlumatına görə, rusiyalı biznesmen Türkiyə təmsilçisi “Göztepe”nin sahibi olub. Tərəflər alqı-satqı ilə bağlı bütün detalları razılaşdırıb. Klubun sahibinin dəyişməsi aprelin 8-də rəsmən elan olunacaq.

Qeyd edək ki, “Çelsi”nin sahibi Abramoviç martın 10-da Böyük Britaniya hökumətinin qərarı ilə klubun rəhbərliyindən uzaqlaşdırılıb.

***

Rusiyalı milyarder Abramoviçin Türkiyənin "Göztəpə" klubunu alması xəbəri yalandır.

APA “Hurriyyet“ə istinadən xəbər verir ki, bu barədə "Göztepe" prezidentinin müşaviri Tələt Papatya bildirib.

“Abramoviçin "Göztəpə"ni alacağını mətbuatdan oxuyuruq. Bu hadisənin bizimlə heç bir əlaqəsi yoxdur”,- deyə bildirilib

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR