İnsanlara hürriyət, millətlərə istiqlal!

Rişi Sunak Britaniyada növbədənkənar seçkilər elan edib

935 22.05.2024 21:21 Dünya A A

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu gün kabineti ilə iclas keçirdikdən sonra ölkədə iyul ayı üçün növbədənkənar seçkilər elan edib.

AZƏRTAC xəbər verir ki, Rişi Sunak baş nazirliyin ofisi qarşısında jurnalistlərə açıqlama verib və növbədənkənar seçkilərin iyulun 4-də keçiriləcəyini deyib. O, Kral Çarlzdan parlamentin buraxılması üçün icazə istədiyini və parlamentin növbəti həftə buraxılacağını deyib. Baş nazir qeyd edib ki, indi Britaniyanın öz gələcəyini seçməsinin vaxtıdır.

Qeyd edək ki, Baş nazir bu gün parlamentdə çıxışı zamanı seçkilərin erkən keçiriləcəyi ilə bağlı iddiaları təkzib edərək seçkilərin ilin ikinci yarısında keçiriləcəyini demişdi.

Hazırda Leyboristlər Partiyası aparılan sorğu-anketlərdə Mühafizəkarlar Partiyasından təxminən 20 xal irəlidədir və Leyboristlər Partiyasının lideri Keir Starmerin növbəti Baş nazir olması ehtimalı da yüksəkdir. Mühafizəkarlar Partiyası son 14 ildir ki, Britaniyada hakimiyyətdədir.

İnflyasiyanın azalması, Beynəlxalq Valyuta Fondunun artım proqnozlarını yüksəltməsi, Böyük Britaniyanın tənəzzüldən çıxması kimi göstəricilər Baş nazirin erkən seçkilərə getməsinə səbəb kimi qeyd olunur.


Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR