İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Çalabyan: "Yürüşün əsas məqsədi Tavuş, hətta Ermənistanın sərhədlərini də aşır"

527 08.05.2024 15:37 Region A A

Ermənistanda təxribatçı keşiş Qalstanyanın başlatdığı İrəvana doğru yürüş revanşistlər tərəfindən dəstəklənməkdə davam edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bədnam “Ayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan və politoloq Abram Qasparyan sabah İrəvanın girişində həmin yürüşü qarşılayacaqlar.
Avetik Çalabyan yerli vətəndaşları arxiyepiskop Baqrat Qalstanyanın qarşısına çıxmağa çağırıb.
“Bu yürüş birtərəfli şəkildə təslim olmamaq üçündür.

İlk gündən biz də tavuşlularla birlikdə bu döyüşdə iştirak etmişik. Yürüşün missiyası və məqsədi Tavuş sərhədlərini, hətta Ermənistan sərhədlərini də aşır, milli məsələyə çevrilir. Bu sual ondan ibarətdir ki, biz bundan sonra necə yaşayacağıq, güclü və suveren, yoxsa zəif, alçaldılmış, düşməndən sülh diləyərək, sülh müqabilində ərazilərimizi, yollarımızı (erməni revanşist həyasızılıqla Azərbaycanın qanuni torpaqlarını belə adlandırır-red.) suverenliyimizi ona verəcəyik. Bu gün qarşıda duran məsələ budur”,-deyə Çalabyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR