İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Abramyan: "Revanş Azərbaycanın ideoloji həmfikirlərinin dərhal aradan götürülməsi deməkdir"

650 29.12.2023 11:49 Siyasət A A

 

 

“Revanş” sözü Ermənistanda müharibədən sonrakı dövrdə ən çox işlədilən və məşhur sözlərdən biridir. Azərbaycana görə, Ermənistanda mövcud reallıqlarla sadəcə barışa bilməyən qüvvələr var və bunu özləri üçün təhlükə kimi görürlər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı, revanşist siyasətçi Tiqran Abramyan yazır.

“Ermənistanın hakim rejimi bu sözün altında onların hakimiyyətdən uzaqlaşdırılmasını başa düşürlər. Çünki bizim başımıza gələnlər ictimaiyyətin geniş təbəqələri tərəfindən dərindən başa düşülsə, bu, hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq.

Revanş ilk növbədə, Ermənistanda hakimiyyətin ən yüksək eşelonunda olan şəxslərin və Azərbaycanın ideoloji havadarlarının dərhal aradan götürülməsi deməkdir, çünki Azərbaycanla “hesablaşma” yalnız bundan sonra ola bilər.

Ötən gün prezident Serj Sarkisyan da bu mövzuya toxunaraq əlavə edib ki, revanş istəyi nəinki normaldır, indiki vəziyyətdə yeganə düzgündür”,-deyə Abramyan yazıb.

“Bakı hər şeyi edə bilər, biz isə yox? Belə həyat kimə lazımdır? Prezident Sarkisyan qeyd edib ki, ermənilərin “layiqli həyata” qaytarılması ideyası əslində, revanş ideyasını da özündə ehtiva edir ", - deyə erməni siyasətçi bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR