İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublikaçı spiker Baydendən tet-a-tet müzakirə tələb edir

317 06.01.2024 01:06 Dünya A A

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson (Respublikaçı, Luiziana) Ukraynaya yardımın ayrılması və Meksika ilə sərhəddə nəzarətin gücləndirilməsi ilə bağlı ABŞ prezidenti Co Baydenlə şəxsi müzakirələr tələb edə bilər. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Conson "iki partiya arasında kompromis üzrə Senatda məsləhətləşmələr uzandığına görə Baydenlə Ukraynaya yardım və sərhəd nəzarəti ilə bağlı birbaşa dialoqun aparılması imkanını nəzərdən keçirir".

“Punchbowl News” portalının məlumatına görə, Consonun çevrəsi hesab edir ki, respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının bu məsələlərlə bağlı razılaşmalar yalnız Senat tərəfindən hazırlanarsa, onları çətin ki, dəstəkləsin.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre dünənki brifinqdə bildirib ki, Vaşinqton Senatda Ukraynaya yardım üçün əlavə vəsaitin ayrılması və ABŞ-Meksika sərhədində nəzarətin gücləndirilməsi ilə bağlı məsləhətləşmələrin səmərəli şəkildə getdiyinə inanır. O, Nümayəndələr Palatasının respublikaçılarını “siyasi oyunlar oynamaqda” ittiham edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR