İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Pekin Böyük Britaniyanı Çin vətəndaşlarına qarşı əsassız ittihamlarda günahlandırıb

473 25.05.2024 12:18 Dünya A A

Rəsmi Pekin Böyük Britaniyanı Çin vətəndaşlarına qarşı əsassız ittihamlarda günahlandırıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Çin Britaniyanı Honq-Konqun xarici kəşfiyyat xidmətinə qeyri-qanuni yardım göstərməkdə ittiham olunan bir adamın açıqlanmayan ölümündən sonra "məntiqsiz damğalama" və əsassız həbslərdə ittiham edib.

Çinin Xarici İşlər Nazirliyinin Honq-Konqdakı ofisi öz internet səhifəsində verdiyi açıqlamada Britaniyanı Çin vətəndaşlarına qarşı onların qanuni hüquqlarını pozan saxta ittihamlara görə şiddətlə qınadığını bildirib.

Britaniyanın hərəkətlərinin "Çinə qarşı məntiqsiz damğalama və Birləşmiş Krallıqda Çin vətəndaşlarının özbaşına həbsləri və mühakimə edilməsi" olduğu vurğulanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR