İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmən ELAN EDİLDİ: Abdullahianı o əvəz edəcək - FOTO

2380 20.05.2024 12:33 Dünya A A

Məlum olduğu kimi, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter mayın 19-da Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəza nəticəsində 9 nəfər həlak olub.

Faciəvi şəkildə həyatını itirənlərdən biri də xarici işlər naziri Hüseyn Əmir Abdullahiandır.

Bəs Abdullahianı kim əvəz edəcək?

Musavat.com xəbər verir ki, İran hökumətinin sözçüsü Əli Bəhadori Cəhrominin sözlərinə görə, mərhum XİN başçısının vəzifəsini onun müavini Əli Baqeri Kəni icra edəcək.

O qeyd edib ki, artıq bununla bağlı Nazirlər Kabinetinin iclası keçirilib və yekun qərar qəbul edilib. 20 may tarixli qərara əsasən, Əli Baqeri Kəni hökumətin xarici məsələlər üzrə əlaqələr komitəsinin məsul şəxsi təyin olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR