İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Sadıqov: “Revanş hissi yox idi”

596 21.12.2023 11:16 İdman A A

"Çox vacib qələbə qazandıq. Oyunun ilk dəqiqələrində gözlənilməz qol buraxdıq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan kubokunun 1/8 finalında qələbə qazanan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

“Turan Tovuz”la oyunda 2:1 hesabı ilə əzimkar qalibiyyət əldə edən paytaxt klubunun çalışdırıcısı rəqib komandanın müdafiədə yaxşı oynadığını bildirib: “Hesabda geriyə düşdükdən sonra böyük qüvvə ilə irəli atıldıq. Rəqibin müdafiəsini yarmaq asan deyildi. Çətin məqamda oyunçularım sonda “Turan Tovuz” kimi rəqibə iki qol vuraraq, klub üçün vacib qələbə qazandıq. Revanş hissi yox idi. Lakin 1/8 final görüşü bizim üçün önəmli idi. Amma bayaq dediyim kimi, kubok görüşü qarşıdakı “Qarabağ”la oyundan daha önəmli idi. Futbolçular da onu anlayırdı. Dördüncü yerin Konfrans Liqasına getməsi kubokda önəmli rol oynayacaq. Biz hər şeyi düşünürük, kuboku da, çempionatda 2-3-cü yerləri də. Bütün oyunları düşünürük”.

Qeyd edək ki, “Zirə” öz meydanında “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR