İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Nəbiyev Xızıda vətəndaşları qəbul edib

345 07.08.2023 17:56 Son xəbər A A

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Xızı şəhərində vətəndaşları qəbul edib.

Musavat.com nazirliyə istinadən xəbər verir ki, qəbulda Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndəriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR