İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəisinin həyat yoldaşı prezidentliyə namizəd olur?

1079 26.05.2024 09:13 Dünya A A

İranın mərhum dövlət başçısı İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmulhudan ölkədə keçiriləcək növbədənkənar prezident seçkisində namizədliyini irəli sürə bilər.

Musavat.com xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, mühafizəkarlar Cəmilə Ələmulhudanın həm həyat yoldaşının hökumətdəki yolunu davam etdirə bilməsi, həm də İranın ilk qadın prezidenti olması üçün namizədliyini irəli sürməsini gündəmə gətiriblər.

Lakin qeydiyyatdan keçəcəyi təqdirdə xanımın Konstitusiyanın İcrasına Nəzarət Şurasının reaksiyasını gözləməsi lazımdır.

Xatırladaq ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter Vərzəqan rayonunda sərt eniş edərək qəzaya uğrayıb. Hadisə nəticəsində 9 nəfər həlak olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR