İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real Madrid" "Çelsi"yə qalib gəlib, "Bavariya" ilk dəfə qol vurmadan uduzub

1180 07.04.2022 02:02 İdman A A

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

"Report"un məlumatına görə, son oyun günündə də 2 qarşılaşma keçirilib.

Gecənin maraqla gözlənilən matçı İngiltərədə turnirin son qalibi "Çelsi" ilə ən titullu qalibi İspaniya "Real Madrid"i arasında baş tutub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Kral klubu"nun heyətində Kərim Benzema het-trik edib. Meydan sahiblərinin qolunu isə Kay Haverts vurub.

Gecənin digər matçında Almaniya "Bavariya"sı İspaniyada turnirin sürpriz komandası "Vilyarreal"ın qonağı olub. Əvvəlki raundda İtaliya nəhəngi "Yuventus"u mübarizədən kənarlaşdıran La Liqa təmsilçisi növbəti sensasiyaya imza atıb. "Sarı sualtı qayıqlar" Arno Qrüneveldin vurduğu qolla Münhen klubuna qalib gəlib. Bu, Bundesliqa təmsilçisinin cari mövsüm Çempionlar Liqasında ilk məğlubiyyəti olub. Komanda həmçinin, bu mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib.

Komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.

UEFA Çempionlar Liqası, 14 final

İlk oyunlar

6 aprel

23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 1:3

Qollar: Kay Haverts, 40 - Kərim Benzema, 21; 24; 46

Baş hakim: Kleman Türpen (Fransa)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR