İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real"ın 3 futbolçusu həbs edildi - SƏBƏB

7033 15.09.2023 21:10 İdman A A

İspaniya polisi "Real Madrid" klubunda axtarış aparıb.

Axtarışlar zamanı 3 futbolçu nəzarətə götürülüb. İspaniya mətbuatının məlumatına görə, onlar əxlaqsız video çəkib paylaşmaqda ittiham edilib.

Oyunçulardan birinin videonu lentə alaraq öz “WhatsApp” qruplarında paylaşdığı bildirilib. “Real Madrid” rəhbərliyi rəsmi saytı vasitəsilə verdiyi açıqlamada bildirib ki, polis dördüncü futbolçunu ifadə verməyə çağırıb. Üç oyunçunun adı hələ açıqlanmayıb.

“Real Madrid” rəhbərliyi həbs edilən futbolçuların “Real Madrid Castilla” və klubun üçüncü komandasında oynadığını bildirsə də, polis əsas komandanın futbolçularının qalmaqala qarışması ehtimalını nəzərdən keçirir./Metbuat.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR