Real TV-də yayımlanan "Orta Gün" verilişinin növbəti buraxılışının qonağı "Yeni Müsavat Media Qrupu"nun rəhbəri Rauf Arifoğlu olub.
Musavat.com xəbər verir ki, verilişdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin əhəmiyyəti, türk xalqlarının ortaq tarixi və mədəni dəyərlərinin qorunması, həmçinin türk dünyasının gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Rauf Arifoğlu çıxışı zamanı Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi və mədəni inteqrasiyası baxımından tarixi əhəmiyyət daşıdığını vurğulayıb. O, "Türk Dünyası Həftəsi"nin keçirilməsinin ortaq kimliyin, dil və mədəniyyət bağlarının daha da gücləndirilməsi baxımından mühüm platforma olduğunu qeyd edib.
Verilişdə həmçinin türk dövlətləri arasında media əməkdaşlığının genişləndirilməsi, ortaq informasiya məkanının formalaşdırılması və türk dünyasının qarşısında duran çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Sözügedən verilişi təqdim edirik.
Musavat.com






