İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu: "Heydər Əliyev Azərbaycanın başına gəlməsə idi, ölkəmizin başına böyük fəlakət gələcəkdi" - VİDEO MÜSAHİBƏ

2924 12.12.2025 00:42 Ölkə A A

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Musavat.com xəbər verir ki, Heydər Əliyevin vəfatından 22 il keçir. Bu münasibətlə Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu TRT-yə müsahibə verib və Ulu Öndərin Azərbaycan dövlətçiliyini qorumasındakı tarixi rolunu dəyərləndirib.

Rauf Arifoğlu bildirib ki, Heydər Əliyev Azərbaycanın qurtuluşunun və yenidən inşasının müəllifidir. O xatırladıb ki, 1993-cü ildə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalq Heydər Əliyevin hakimiyyətə gətirilməsini istədi. Prezident Elçibəy o istəyi həyata keçirdi böhranda olan Azərbaycanı xilas etmək üçün onu Bakıya dəvət etdi. Heydər Əliyev 1993-cü ilin iyunun 15-də Ali Sovetin sədri, iyulun 24-də isə Prezident səlahiyyətlərini icra edən şəxs seçildi. R. Arifoğlu vurğulayıb ki, əgər həmin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan parçalanma, müstəqilliyini itirmə və daha ağır fəlakətlərlə üzləşəcəkdi. Heydər Əliyevin Milli Məclis üzərindən dövlət hakimiyyətinə gəlməsi tarixi - 15 iyun məhz buna görə Qurtuluş Günü adlanır.

Onun siyasi iradəsi və zəkası ölkəni qeyri-bərqbər müharibədən çıxardı, atəşkəsi təmin etdi, böyük enerji və iqtisadi layihələrə yol açdı, dövlətin və ordunun möhkəmlənməsinə imkan yaratdı.

Rauf Arifoğlu qeyd edib ki, Heydər Əliyevin siyasət üslubu, nitq mədəniyyəti, idarəçilik bacarığı bütün cəmiyyət üçün, eləcə də onun özü üçün bir məktəb oldu. O bildirib ki, müxalifətdə olan şəxslər belə bu məktəbdən təsirlənib, ondan davranış və dövlətçilik dərsləri alıblar. R. Arifoğlu əlavə edib ki, Ulu Öndərin ən böyük payı Azərbaycanın bugünkü qələbəsindədir. Onun seçimi olan Prezident İlham Əliyev həmin etimadı doğrultdu və 8 Noyabr 2020-ci ildə Şuşanın azad olunması günü Heydər Əliyevin məzarı önündə “vəsiyyət yerinə yetirildi” mesajı verildi.

R.Arifoğlu bildirib ki, Heydər Əliyev fiziki olaraq aramızda olmasa da, adı və irsi Azərbaycanın üzərindədir, bayrağımızda və qələbəmizdə yaşayır. O, Ulu Öndərə, bütün dövlət və millət yolunda canını fəda etmiş liderlərə və şəhidlərə Allahdan rəhmət diləyib.
Qeyd edək ki, R. Arifoğlu Prezident İlham Əliyev tərəfindən "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub. Bu, Azərbaycanda ən yüksək medal sayılır.

Musavat.com müsahibənin video görüntülərini təqdim edir.

 

Müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR