İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordu ölkəmizi müdafiə etməyə hazırdır – Londondan mühüm bəyanat

290 24.07.2026 12:00 Dünya A A

Birləşmiş Krallıq İranın İngiltərədəki ABŞ tərəfindən idarə olunan Fairford hava bazasına hücum təhdidi fonunda silahlı qüvvələrin ölkəni müdafiə etməyə hazır olduğunu elan edib.

Musavat.com xəbər verir ki, müvafiq bəyanatı Britaniya hökumətinin sözçüsü açıqlayıb: "Silahlı qüvvələrimiz xaricdən gələn hər hansı bir hücumdan Birləşmiş Krallığın təhlükəsizliyini təmin etməyə hazırdır. Böyük Britaniya özünü gecə-gündüz müdafiə etməyə hazırdır."

Dünən İran cənub-qərbi İngiltərədəki Fairford Hava Qüvvələri bazasına hücum etməklə hədələyib və İran ərazisinə zərbə endirmək üçün istifadə edilən hər hansı bir bazanın "qanuni hədəf" hesab ediləcəyini bildirib.

Tasnim xəbər agentliyinin yaydığı açıqlamada İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Fairford Hava Qüvvələri bazasında yerləşən B-1 strateji bombardmançı təyyarələrindən istifadəni bərpa etdiyini açıqlayıb.

Axios-un məlumatına görə, ABŞ ordusu srağagün B-1 strateji bombardmançı təyyarələrindən istifadə edərək İrandakı SEPAH hədəflərinə zərbə endirib.

Fairford Hərbi Hava Qüvvələri Bazası, ABŞ-ın İrana qarşı hərbi kampaniyası zamanı İrana qarşı döyüş tapşırıqları yerinə yetirən ABŞ-ın B-1 Lancer və B-52 Stratofortress strateji bombardmançı təyyarələri üçün ön əməliyyat bazası kimi xidmət edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR