İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramil Şeydayev bir mövsümdə vurulan qol sayında Reynaldoya çatıb

622 15.05.2023 16:45 İdman A A

“Qarabağ”ın futbolçusu Ramil Şeydayev Misli Premyer Liqasının 2022/23 mövsümündə vurduğu qolların sayını 22-yə çatdırıb.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu bununla da Ağdam klubunun tarixinin rekordunu təkrarlayıb.

O, bir mövsümdə vurulan qol sayında Reynaldoya çatıb. 1992-ci ildən keçirilən ölkə çempionatlarında “Qarabağ”ın heyətində bir mövsümdə hamıdan çox – 22 qol vuran braziliyalı legionerin rekordu 9 ildən sonra təkrarlanıb.

Reynaldo 31 matça çıxdığı 2013/14 mövsümündə rəqib qapısına 22 dəfə yol tapıb.

Şeydayev mövsümün qalan iki turunda mütləq rekorda imza atmaq imkanına malikdir. Ondan iki top az vuran komanda yoldaşı Musa Qurbanlı da bu göstəricini təkrarlaya və ya keçə bilər.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR