İnsanlara hürriyət, millətlərə istiqlal!

Qvardiola: "Qarşıdakı 3 oyun çox şeyi həll edəcək"

635 27.04.2023 13:34 İdman A A

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 33-cü turunda "Arsenal"a 4:1 hesabı ilə qalib gəlmələri haqqında danışıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssis komandasının oyunundan razı qaldığını deyib:

"Məndə belə bir hiss var ki, qarşıdakı 3 oyun çox şeyi həll edəcək. Oyundan-oyuna nə baş verəcəyini görəcəyik. Bu üç oyun həqiqətən vacibdir: Görək, üzərimizə düşəni edə biləcəyikmi. Bu gün bütün komandalar inkişaf ediblər. İş ondadır ki, biz hazırda "Arsenal"dan 2 xal geridəyik.

Həqiqətən yaxşı matç keçirdik. Futbolçularımı təbrik edirəm. Bu qələbə çox vacibdir".

Qeyd edək ki, növbəti turda “Mançester Siti” səfərdə London “Fulhem”i ilə qarşılaşacaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR