İnsanlara hürriyət, millətlərə istiqlal!

Qusarda silah satmaq istəyən şəxs saxlanılıb

325 13.01.2024 14:22 Dünya A A

Qusarda silah satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə Qusar Rayon Polis Şöbəsinə (RPŞ) bir nəfər naməlum şəxsin silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Ruslan Bayramov saxlanılıb.

Həmin şəxsin üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ruslan Bayramovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR