İnsanlara hürriyət, millətlərə istiqlal!

QÜRURVERİCİ KADRLAR: Laçın-Xankəndi yolundan ƏN SON GÖRÜNTÜLƏR - FOTOLAR, VİDEO

1596 08.01.2023 15:40 Gündəm A A

Hava şəraitinin kəskin dəyişməsinə, qar yağmasına baxmayaraq, Laçın-Xankəndi yolunun Şuşa şəhəri istiqamətində keçirilən dinc etiraz aksiyası 28-cü gündür davam edir.

Musavat.com erməni separatçılarının törətdiyi ekoloji terrora etirazını bildirən fədakar fəalların aksiyasından özəl video və fotokadrları diqqətinizə çatdırır.

Göründüyü kimi, nizamlı qaydada davam edən aksiyanın iştirakçılarının sayı azalmaq bilmir, əksinə, qoşulmaq istəyənlər kifayət qədərdir. İştirakçı gənclər müxtəlif dillərdə erməni separatçıların Qarabağdakı mədənlərimizin qanunsuz istismarına, ekoloji fəlakət yaradanlara etirazını bildirir, mədənlərdə minitorinq aparılmasına imkan yaradılmasını tələb edirlər.

Laçın yolunun bağlı olmadığını, intensiv hərəkətin mövcudluğunu magistralda qarın olmaması də təsdiqləyir. Ərazidə Azərbaycan polisinin və digər müvafiq qurumların əməkdaşlarının fasiləsiz şəkildə təhlükəsizlik tədbirlərini davam etdirməsini əks etdirən kadrlar da qürurvericidir.

Etirazçılar davamlı olaraq isti isti çay və yeməklə təmin olunurlar, aksiya ruh yüksəkliyi ilə davam edir. Gənc fəallar hətta qar topalayıb, “qar adam”ı da düzəldiblər…

Elşad Paşasoy
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR