İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurbanov “Qarabağ”a yeni qapıçı alır? – SON DƏQİQƏ

4990 05.08.2023 16:47 İdman A A

Son günlər mətbuatda “Qarabağ”ın yeni qapıçı axtarışına çıxmasına dair müxtəlif informasiyalar yayılmaqdadır.

İddialara görə, Azərbaycan çempionu İngiltərə, Fransa və Ukraynadan olan bir neçə “əlcək sahibi” ilə danışıqlar aparır.

O da qeyd olunur ki, Qurban Qurbanov hazırda düşərgədə yer alan 3 kiperdən – Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili və Amin Ramazanovdan biri ilə vidalaşmağa hazırlaşır.

Ağdam təmsilçisindən bu informasiyanı təsdiq etməyiblər.

Klubdan redaksiyamıza verilən məlumata görə, baş məşqçi “çərçivə”yə yeni transfer etməyi planlaşdırmır və yayılan xəbərlər həqiqətdən uzaqdır.

Həmçinin bildirilib ki, təcrübəli mütəxəssis yalnız 1 mövqeyə - müdafiənin cinahına legioner gətirmək niyyətindədir, sadəcə, danışıqlar aparılan futbolçularla hələlik yekun razılıq əldə olunmayıb.

İndiki məqamda bu tip xəbərlərin ortaya atılması heç də təsadüfi deyil. “Köhlən atlılar” Çempionlar Liqasında mübarizəni erkən dayandırıb.

Ikinci təsnifat mərhələsində “Rakuv”a məğlubiyyət daha çox Şahruddin Məhəmmədəliyevlə əlaqədardır.

Qapıçı Polşada keçirlən qarşılaşmada bir-birindən kobud səhvlərlə yadda qalıb və komandanın bütün əziyyətini yerə vurub.

Sportinfo.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR