İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanovu kim qabaqlayır: Santuş, Berdıyev, yoxsa Qriqorçuk?

1917 07.07.2024 12:03 İdman A A

Dünyanın ən güclü məşqçilərinin siyahısı açıqlanıb.

Siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.

Cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1675 xala malikdir. O, dünyada 133-cüdür.

Lakin Qurbanov ölkəmizdə çalışan və “Top-500”ə düşən yeganə baş məşqçi deyil. “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 55-cidir. O, Qurbanovu 78 pillə qabaqlayır.

Millimizi çalışdıran Fernando Santos isə Berdiyevlə Qurbanovdan xeyli geri qalır. O, 1624 xalla siyahıda 183-cüdür.

“Neftçi”nin yeni baş məşqçisi Roman Qriqorçuk da cədvəldə yer alıb. 423-cü yerdə olan ukraynalının 1481 xalı var.

Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2240 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir./İdman.biz

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR