İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanovu bu qədər əsəbiləşdirən nə idi? - İFŞA PLANININ ŞOK DETALLARI

1991 05.08.2023 20:26 İdman A A

Qurban Qurbanov çox təcrübəli, dəyərli və bacarlıq mütəxəssisdir.

Həm də ləyaqətli, qürurlu şəxsiyyətdir.

Qələbələrdə sevinməsini bildiyi kimi, məğlubiyyətləri də həzm etməsini hər zaman bilib.

Məsələn, İtaliya nəhəngi "İnter"lə Bakıdakı məşhur matçdan, "Viktoriya Plzen"lə Çexiyadakı qarşılaşmadan sonra belə onu mətbuat konfranslarında səbrli, təmkinli görmüşük.

Lakin "Rakov"la oyundakı heç-heçədən sonrakı mətbuat konfransında çox gərgin, əsəbi bir Qurbanov vardı. Oyuna görəmi? Nəticəyə görəmi? Əsla!

Yuxarıda dedik axı, ən çətin anlarda belə onu sakit görmüşük. Polşa çempionu ilə matçda isə onun komandası kifayət qədər yaxşı 90 dəqiqə sonrası, sadəcə şanssız şəkildə mərhələni adlamağı bacarmamışdı.

Bəs Qurbanovu bu qədər əsəbiləşdirən nə idi?

Redaksiyamıza mətbuat konfransı ilə bağlı şok detallar daxil olub.

Belə ki, ilk suallardan biri rəhbərliyin guya komandaya istənilən büdcəni ayırmaması məzmununda olub. Suala giriş, onun qoyuluşu təxribat saçır. Və təcrübəli mütəxəssis anında bunu anlayır. Bəs isbat? Tələsməyin...

O, çox əsəbiləşir, lakin özünü itirmir, qısa pauz verir və "Çox istəyərdim ki, başqa iradları olanlar da varsa, suallarınızı verərdiniz, cəm şəkildə sizə cavab verərdim" - deyə media əhlinə səslənir.

İfşa planına start verilir.

Yəni sən tək deyilsən, pusquda duran digər dostların da indidən buyursun.

Və eyni anda 5-6 əl havaya qalxır. Bu qədər təsadüf?

Xeyr, dostlar. Bunun adı təxribat fikrinin əyani isbatıdır. Həmin şəxslər özləri də bunun fərqinə varmadan özlərini ifşa edirlər.

Davamında gec də olsa əl qaldıranlar aramla yoxa çıxır. Biri xaric.

Həmin şəxs əvvəlki sualın davamını belə gətirir - "Çempionlar Liqasının qrupuna düşən ildə kluba 50 milyon manata yaxın vəsait daxil olmuşdu.

Cənab prezident də kluba pul ayırmışdı. "Qarabağ"ın sponsoru olan təşkilat bəlkə gəlir güdməklə məşğuldur?"

Məlumat verim ki, Çempionlar Liqasının qrupularına vəsiqə qazanan klubların büdcəsini UEFA 50 milyon yox, 32 milyon zənginləşdirir.

Və oradan müəyyən xərclər ölkəyə daxil olanda çıxıldıqda isə klubun büdcəsinə 32 milyondan da az məbləğ daxil olur. Məlumatsızlıq, tapşırıqla verilən, təxribata xidmətən edən növbəti detal.

Davamında klubun tərcüməçisi Elvar Quliyev və baş məşqçi Qurban Qurbanov israrla bir neçə dəfə əl qaldıran digər şəxslərin də danışmasına şərait yaradır. Görünür, ifşa olunduqlarını anlayan təxribatçılar bu dəfə susmaq yolunu seçirlər.

Çalışdırıcı isə növbəti dəfə açıq-aydın elan edir ki, rəhbərlik lazım olan, istədiyimiz qədər büdcəni bizim üçün ayrırır. Bizdə bu mövzuda problem yoxdur. Məsələ qapanacaq?

Əsla! Çünki bu adamların dərdi problem həll etmək deyil. Tək amal klub ətrafında süni manipulyasiya etməkdir. Olmayan problemdən problem havası yaratmaqdır. Onu da ilk cəhddəcə Qurbanov ifşa etmiş oldu. Bəlkə bundan sonra yavaşlayarlar. (sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR