İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov azyaşlının arzusunu belə reallaşdırdı - VİDEO

1139 05.02.2023 15:44 İdman A A

Futbol üzrə Azərbaycan çempionatının XXI turunda “Qarabağ” səfərdə “Kəpəz”in qonağı olub.

Busaat.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra maraqlı anlar yaşanıb.

Belə ki, Gəncəm Təhsil İdman Mərkəzinin azyaşlı futbolçusu “Qarabağ”ın üzvlərini görmək istəyib, lakin polislər ona mane olublar. Bu səbəbdən uşaq ağlayıb. Onu əvvəlcə Ağdam klubunun mətbaut katibi Gündüz Abbaszadə görüb və nə baş verdiyini maraqlanıb. Daha sonra isə baş məşqçi Qurban Qurbanov hadisədən xəbər tutub və uşağın soyunub-geyinmə otağına aparılmasına, futbolçuları görüb onlarla şəkil çəkdirməsinə icazə verib. Qurbanovun bu jestinə sevinən azyaşlı futbolçu mütəxəssisə ağlayarak təşəkkür edib.

Həmin anın videosunu təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR