İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyevin partiyası adını dəyişir - Ədliyyə Nazirliyinə müraciət ünvanlandı

848 18.03.2024 14:48 Siyasət A A

Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) adının dəyişməsi ilə bağlı bütün sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib.

Bunu Musavat.com-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

O qeyd edib ki, sənədlər Ədliyyə Nazirliyinin rəsmi qeydiyyat idarəsinə təqdim edilib. “Biz qanunvericiliyə uyğun olaraq bütün proseduru həyata keçirmişik” - deyə N.Orduxanlı qeyd edib.

Qeyd edək ki, BAXCP Qüdrət Həsənquliyevin sədrliyi ilə 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına salınıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR