İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “İcra hakimiyyəti funksiyası yerli icra başçılarının səlahiyyətlərinə aiddir...”

553 02.05.2023 14:25 Son xəbər A A

“Mən qorxuram ki, indi səsləndirəcəyim fikrə görə, yenə də həmkarlarımdan kimsə məni “konstitusiyanı yalnız sən oxumusan?”, - deyə ittiham eləyəcək. Əvvəla, əminəm, həmkarlarımın hamısı bilir ki, insanlar konstitusiyanı bilmədiklərinə görə pozmurlar. Bəzi hallarda korporativ maraqlar və digər məqsədlər naminə bunu edirlər. Elə bu gün bizim hörmətli, tanınmış vəkillərdən biri-Anar Qasımlının bir açıqlamasını oxudum ki, 2003-cü ildə kassasiya şikayəti ilə bağlı məhdudiyyətin tətbiq olunması ilə əlaqədar normanı Konstitusiya Məhkəməsi konstitusiyaya zidd hesab edir, amma 2021-ci ildə biz məhkəmə-hüquq islahatları çərçivəsində həmin normanı yenidən Mülki Prosessual Məcəlləyə təqdim etmişik”.

Musavat.com bildirir ki, bu fikirlər deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyevə məxsusdur. Parlamentin plenar iclasında çıxış edən deputat daha sonra bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsində yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətinin başçılarının həyata keçirdiyi qeyd olunur: “Hazırda cənab Prezient tərəfindən səlahiyyətli nümayəndələr təyin olunur. Həmin səlahiyyətli nümayəndələr faktiki surətdə bir çox hallarda icra başçılarının səlahiyyətlərinə aid olan funksiyaları yerinə yetirirlər. Ona görə də konstitusiyaya görə yerlərdə icra hakimiyyəti funksiyası yerli icra başçılarının səlıahiyyətlərinə aid olur. Ona görə də buna aydınlıq gəlməlidir. İcra orqanı olduğuna görə, subardinasiya və iearxiya olmalıdır. Məsələn, mənim üçün aydın deyil ki, yerlərdə Prezidentin səlahiyyətli nümayəndələri hansı səlahiyyətlərə malikdirlər? Onlar icra başçılarına göstəriş verə bilərlərmi? Yaxud əksinə, icra başçıları onlara göstəriş verə bilərmi, yaxud səlahiyyətli nümayəndələr icra başçılarına tabedirlərmi? 2012-ci ildə cənab prezident tərəfindən yerli icra hakimiyyəti orqanları haqqında əsasnamə təsdiq olunub. Bu gün səlahiyyətli nümayəndələrin vəzifəsinə aid olmuş bir çox məsələlər həmin əsasnamə ilə də yerli icra hakimiyyəti başçılarına şamil olunur. Konstitusiyada da qeyd olunub ki, Azərbaycanda dövlət hakimiyyəti, hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Qanunverici hakimiyyəti Milli Məclis məhkəmə hakimiyyətini Konstitusiyanın 125-ci maddəsində qeyd olunur ki, məhkəmələr, icra hakimiyyətini də yerlərdə konstitusiyanın 124-cü maddəsinə görə, yerli icra hakimiyyətinin başçıları həyata keçirirlər. Ona görə, bu məsələni diqqətinizə çatdırmaq istədim ki, müvafiq icra hakimiyyəti orqanı ilə bu məsələ barədə müzakirələr aparmalıyıq. Lazım olarsa, bu məsələni qanunvericilik aktları ilə tənzimləməliyik”.

E.Paşasoy,

Musavat.c om

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR