İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubadlının futbol komandası yaradıldı

667 21.09.2023 13:46 İdman A A

Futbol üzrə Region Liqasında iştirak edəcək daha bir komandanın adına aydınlıq gəlib.

“Xanlıq” 2023/24 mövsümündə adıçəkilən çempionatda yarışacaq. Yeni yaradılmış klub Qubadlı rayonunu təmsil edəcək.

Qeyd edək ki, yaxın günlərdə Region Liqasının bütün iştirakçıları dəqiqləşəcək. Mövsüm oktyabrda start götürəcək.
Xatırladaq ki, Qubadlıya qədər 2020-ci ildə işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilanı təmsil edən klublar ölkənin müxtəlif liqalarında çıxış edirlər. Ağdam təmsilçisi “Qarabağ” isə Premyer Liqada mübarizə aparır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR